Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlandı
Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Bu barədə Hesablama Palatasından məlumat verilib.
Məlumata görə, kollegiya iclasında "Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə edilib. İclasda Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə üzrə məsul şəxsləri, o cümlədən nazir müşaviri və şöbə müdirləri də iştirak ediblər. Agentliyin sədri və nazirliyin əməkdaşları auditin nəticələrinin damazlıq heyvandarlıq sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin 1 nəzarət tədbirin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat