AQTA: 179 obyektdə qaydaların kobud şəkildə pozulduğu müəyyənləşib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 91 ictimai iaşə obyekti, 231 ərzaq satışı mağazası olmaqla ümumilikdə 322 müəssisədə reyd keçirib.
AQTA-dan Open.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 179-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Xətai rayonunda "Berlin MP" market
Suraxanı rayonunda "İmza" market
Digər şəhər və rayonlar üzrə:
Goranboy rayonunda "Gülüstan" market
Xaçmaz rayonunda "İstanbul" kafe, Ramazanov Nazim Ənvər oğluna məxsus quru meyvələrin satışı mağazası, Hacıbəyov Şahbala Bəybala oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda "Oba" market, "Ümid" market və Miraslanov Əmiraslan Əfqan oğluna məxsus ərzaq mağazası
Qax rayonunda Ömərov Feyzulla İmamsöyün oğlu və Bayramov Mahir Yusif oğluna məxsus ərzaq mağazaları
Gədəbəy rayonunda "Görüş" və "Laçın" kafeləri
Lənkəran rayonu, Şiləvar kəndində "Panda" market və Ləvəngi dairəsində "Qulamoff" market
Ağsu rayonunda Adıgözəlov Şamo Mais oğluna məxsus restoran, Quliyev Rzağa Gündüz oğluna, Şeydayev Rüstəm İslam oğluna və Ağasızadə Usub Asəf oğluna məxsus ərzaq mağazaları
Göyçay rayonunda Qasımov Cavid Nazim oğluna məxsus ərzaq mağazası, İbrahimov Eldəniz Dursunəli oğluna məxsus ət satışı mağazası
İsmayıllı rayonunda Əkbərli Orxan Allahverdi oğluna məxsus ərzaq mağazası
Beyləqan rayonunda "Yaşıl Ada" və "Xan Qızı" restoranları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib