AQTA pandemiya ilə əlaqədar monitorinqlərin sayını artırıb
Dekabrın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi və sağlam qidalanmanın təşviqi ilə bağlı "Təhlükəsiz Qida" onlayn verilişinin növbəti buraxılışı olub.
Open.az-ın xəbərinə görə, verilişdə COVID-19-un profilaktikasına dair zəruri tələblər, həmçinin AQTA-nın ictimai iaşə müəssisələrində həyata keçirdiyi yoxlama nəzarət tədbirləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Proqramda Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev Bakı, Sumqayıt şəhəri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar üzrə indiyə qədər 8 000-ə yaxın ictimai iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirildiyini, nəticədə 3 200-dən artıq qayda pozuntusunun aşkarlandığını bildirib. Monitorinq zamanı müəssisələrdə əsasən, işçilərin tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə etməməsi, masa və oturacaqlar arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması, eləcə də tibbi maskanın təmin edilməməsi müəyyən edilib. Ə. Əliyev qeyd edib ki, həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən "Təhlükəsiz Qida" onlayn verilişi hər həftənin cümə günü saat 15:00 Agentliyin rəsmi Facebook hesabında yayımlanır.

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı