AQTA: "Tələbələrin zəhərlənməsi ilə bağlı yayılan məlumat yalandır"
Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi – Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt təsdiqini tapmayıb.
Bu barədə KONKRET.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, adıçəkilən şəxslər ötən gün 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər: "Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Onlara "kəskin qastrit" diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar".
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR