Araik Arutunyan və Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil' - Politoloq

Araik Arutunyan və Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil' - PolitoloqXəbər verdiyimiz kimi, Şuşa-Xankəndi yolundakı aksiya artıq 4-cü gündür ki, davam edir.
Bu gün Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəyirlər. Azərbaycan ictimaiyyəti isə Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək.
Bəs bu hadisələrin fonunda nə baş verə bilər?
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Turan Rzayev bildirib ki, nə Araik Arutunyanın, nə də Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkünsüzdür:
Araik Arutunyan və Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil' - Politoloq"İstər Araik Arutunyan, istərsə də Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil. Aydın məsələdir ki, bu məsələdə onlara birbaşa Kremlin dəstəyi var. Ümumiyyətlə, Qarabağdakı qanunsuz daşınmalar, ekoloji terror və s. kimi məsələlərin arxasında Rusiya faktoru mövcuddur. İndiki məqamda, xüsusilə də azərbaycanlı aksiya iştirakçıları haqlı tələblər irəli sürürlər və bu prosesin dərhal dayandırılmasını tələb edirlər. Düzdür, etirazçılar Volkova çağırış etsələr də, əslində bu Kremlə də edilən bir çağırışdır. Rusiyanın separatçıları dəstəkləməsi, himayə etməsinin qanunsuz olduğu bildirilir. Proseslərin hansı fonda dəyişəcəyinə gəldikdə isə, hazırda etiraz aksiyaları davam edir və bunu demək olar ki, aksiyalar məqsədlərə çatana qədər davam edəcək. Hər gün aksiya iştirakçılarının sayı durmadan artır. Azərbaycan ərazisində aktiv keçirilir".
Siyasi şərhçi onu da əlavə edib ki, aksiya iştirakçıları konstitusiya hüquqlarına tam əməl edir və beynəlxalq hüquqa uyğun davranış sərgiləyir:
"Bu aksiyanın keçirilməsi həm Azərbaycan vətəndaşlarının konstitusiya hüquqlarına, həmçinin beynəlxalq hüquqa uyğun davranışdır. Yəni burada heç bir qeyri-qanuni hərəkət yoxdur. Hesab edirəm ki, aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər bu aksiya davam edəcək. Rusiya sülhməramlılarına gəldikdə isə, onlar da artıq ərazini ələ alıblar. Yeni qüvvələr cəlb edilib, həmçinin konteynerlər yerləşdiriblər. Amma bu cür ucuz həmlələrin faydasının olacağını düşünmürəm. Aksiya iştirakçılarının nə şövqü aşağı düşür, nə də ki, prosesdə bir geri addım atırlar. Prosesin ən yaxşı halda bitməsi üçün sülhməramlılar yalnız geri çəkilməlidirlər. Söhbət təbii ki, 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlıların etməli olduqları şeyləri etməməsindən gedir. Yəni sülhməramlıların fəaliyyəti çərçivəsi 10 noyabr bəyanatında göstərilib. Laçın yolunda qanunsuz daşınmalar, eyni zamanda Azərbaycan ərazisindəki yataqların qanunsuz fəaliyyəti dərhal dayandırmalıdır. Əgər bunlar baş verərsə, aksiya yekunlaşacaq və öz missiyasını tamamlamış olacaq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 15 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün sonxəbər butun xeberler en yeni xeberler