Araik Xankəndidən yalnız belə çıxa bilər - AÇIQLAMA
Ermənistanın "Hraparak" qəzeti yazır ki, Xankəndidə erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə çatıb. Separatçıbaşı Araik Arutyunyan xaricə qaçmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, politoloq Samir Hümbətov bildirib ki, indiki halda Araik Arutyunyanın Qarabağdan qaçması qeyri-mümkün görünür.
Politoloqun sözlərinə görə, Araikin ordan yalnız bir formada çıxması mümkündür – Rusiya tərəfi Azərbaycandan xahiş edə bilər ki, Arutyunyan Laçın postundan keçməklə Qarabağı tərk etsin və Ermənistana getsin:
"Bunun isə real olub-olmayacağı, Azərbaycanın buna razı olub-olmayacağı hələ məlum deyil. İkincisi, Araikin Qarabağda qalması qarşıdurmanın artması deməkdir. Azərbaycanın Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi təsis etməsindən sonra Qarabağda vəziyyət separatçılar üçün çox ağır bir hal alıb. Separatçılar belə gözləmirdilər. Onlar gözləyirdilər ki, Rusiyadan dəstək alacaqlar. Amma gördülər ki, alınmır.
Araik ya Azərbaycana təslim olmalıdır, ya da məhv ediləcək. O, dağ-cığır yollarından da qaça bilər. Əks halda Qarabağı belə rahatlıqla tərk edə bilməz.
Separatçılar arasında gərginlik artır. Separatçıların orada nə etdikləri Azərbaycan üçün prioritet deyil. Çünki Azərbaycan Laçın postunu qurubsa, tam şəkildə ərazimizi nəzarətə götürüb. Daxildə baş verənləri isə qısa müddət ərzində təmizləmək mümkündür. Separatçılar arasında qarşıdurmanın pik həddə çıxması da gözləniləndir. Nə qədər qarşıdurma olacaqsa, bir o qədər bir-birlərini sıradan çıxaracaqlar. Bu baxımdan hesab edirəm ki, bundan sonra da Xankəndidə vəziyyət gərginləşəcək. Separatçılar arasında silahlı qarşıdurma da ola bilər".//Musavat

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi