ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir

ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyirAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkənin strateji maliyyə ehtiyatlarını idarə edən əsas qurumlardan biri olmaqla yanaşı, qlobal investisiya imkanlarından səmərəli istifadə edərək milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində nümunəvi bir model ortaya qoyan fond, eyni zamanda, qlobal maliyyə bazarlarında fəal iştirak etməklə Azərbaycanın beynəlxalq iqtisadi proseslərdə mövqeyini gücləndirir.
Bu istiqamətdə atılan növbəti addım isə ABŞ-da yerləşən və beynəlxalq maliyyə dünyasının ən nüfuzlu oyunçularından biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən "Global Infrastructure Partners" (GIP) investisiya şirkəti ilə əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın strateji əhəmiyyətə malik hava nəqliyyatı qovşaqlarından biri – Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq dəyərində investisiyanın həyata keçirilməsi oldu.
Böyük Britaniyanın paytaxtına yaxın ərazidə yerləşən Londonun Qatvik hava limanı, ölkənin ikinci ən böyük və Avropanın ən işlək hava nəqliyyat mərkəzlərindən biridir. Hər il 40 milyondan artıq sərnişinə xidmət göstərən Qatvik, 200-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirərək, qlobal hava əlaqələrinin mühüm qovşağı rolunu oynayır. 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasına daxil olan Qatvik, uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınıb. Bu göstərici onun əməliyyat səmərəliliyini və güclü idarəetmə modelini nümayiş etdirir.
Hazırda Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə Qatvik, böyük infrastruktur genişlənməsi mərhələsinə qədəm qoyub. Yeni uçuş zolağının istifadəyə verilməsi ilə hava limanının illik sərnişin tutumunun 2030-cu illərin sonunadək 75 milyona çatacağı gözlənilir. Bu genişlənmə həm Qatvikin fəaliyyət miqyasını artıracaq, həm də Birləşmiş Krallığın hava nəqliyyatı şəbəkəsində strateji rolunu daha da gücləndirəcək.
Qeyd etmək lazımdır ki, Qatvik hava limanı yalnız beynəlxalq uçuşlar üçün mühüm qovşaq deyil, həm də ölkənin logistika və nəqliyyat sisteminin ayrılmaz hissəsi kimi Böyük Britaniyanın regional iqtisadi inteqrasiyasına və dayanıqlı inkişafına töhfə verir. Hava limanı ölkə iqtisadiyyatına hər il milyardlarla funt sterlinq dəyərində töhfə verir və eləcə də, turizm, logistika, ticarət və xidmət sektoru üçün güclü stimullaşdırıcı rol oynayır. Qatvikin fəaliyyətində davamlılıq və enerji səmərəliliyi prinsiplərinin tətbiqi onu həm iqtisadi, həm də ekoloji baxımdan müasir infrastruktur nümunəsinə çevirir.
ARDNF üçün bu layihə maliyyə gəlirliliyi ilə yanaşı, strateji investisiyaların gücləndirilməsi, həmçinin fondun uzunmüddətli, sabit gəlir gətirən infrastruktur aktivlərinə yönəlmə siyasətinin uğurlu nümunəsidir. Bu sərmayə ilə ARDNF Avropa bazarında dayanıqlı aktivlər portfelini genişləndirərək risklərin şaxələndirilməsi və gəlirlərin sabitləşdirilməsi istiqamətində strateji addım atıb.
"BlackRock" və onun tərkibindəki GIP kimi qurumlarla əməkdaşlıq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcəkdə digər böyük investisiya layihələrinə çıxış imkanlarını da genişləndirir. Bu, həm də ARDNF-in beynəlxalq səviyyədə etibarlı və peşəkar investor kimi tanınmasına xidmət edir.
Digər bir aspekt isə bu investisiyanın Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasına uyğunluğu ilə bağlıdır. Qatvik hava limanının genişlənməsi, yalnız Böyük Britaniya iqtisadiyyatına deyil, bu layihədə iştirak edən tərəfdaşlara da əlavə dəyər yaradır ki, bu da ARDNF-in səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir.
ARDNF son illərdə infrastruktur aktivlərinə yönəlmiş investisiya portfelini ardıcıl şəkildə genişləndirərək, enerji, nəqliyyat, logistika və sosial infrastruktur sahələrində beynəlxalq təcrübəyə malik tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Qatvik investisiyası da məhz sabit və uzunmüddətli gəlir və sosial-iqtisadi dəyər təmin edən real aktivlərə yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir. Bu layihə, həmçinin ARDNF-in davamlı inkişaf məqsədlərinə sadiqliyini əks etdirir. Fond təkcə maliyyə gəlirliliyinə deyil, həm də iqtisadi dəyər yaradan, strateji əhəmiyyət daşıyan və beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirən layihələrə sərmayə qoymaqla, məsuliyyətli və etibarlı investor kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Qeyd edək ki, Qatvik hava limanı "VINCI Airports" (50,01 faiz), "Global Infrastructure Partners", ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunur. Bu tərəfdaşlıq modeli beynəlxalq infrastruktur idarəçiliyində sinerji yaradan və riskləri optimal şəkildə bölüşdürən uğurlu təcrübə hesab olunur. "VINCI Airports"un hava limanı əməliyyatlarında çoxillik təcrübəsi, GIP-nin kapital idarəçiliyi üzrə qlobal bacarığı və ARDNF-in uzunmüddətli investisiya strategiyası birləşərək, Qatvikin dayanıqlı və səmərəli idarə edilməsini təmin edir.
Beləliklə, ARDNF-in bu kimi addımları Azərbaycanın iqtisadi diplomatiyasının və investisiya strategiyasının uğurlu tətbiqinin bariz göstəricisi olmaqla Azərbaycanın neft kapitalının səmərəli idarə olunaraq, gəlir gətirən beynəlxalq aktivlərə çevrilməsini təmin edir və ölkənin uzunmüddətli iqtisadi təhlükəsizliyinə mühüm töhfə verir. / azxeber.com

İqtisadiyyat       Tarix: 11 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag