ARDNF Türkiyə Mərkəzi Bankında niyə depozit yerləşdirib? - İqtisadçı AÇIQLADI
Dövlət Neft Fondunun (ARDNF) Türkiyə Mərkəzi Bankında qaytarılma müddəti 6 ay təşkil edən 1 milyard avro depozitin yerləşdirilməsində məqsəd qardaş ölkədə makroiqtisadi stabilliyə dəstək olmaqdır.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, bu addıma fərqli müstəvidən yanaşanlar olsa da, Azərbaycanın qardaş Türkiyəyə qısamüddətli maliyyə dəstəyi göstərməsi strateji əməkdaşlığımızın ruhuna uyğundur: "Əvvəla, depozit yarım illik yerləşdirilib. Deməli, müddət başa çatandan sonra geri ödəniləcək. İkincisi, qardaş Türkiyənin maliyyə sektorunda volatilliyin yüksək olduğu dövrdə valyuta daxilolmalarına ciddi ehtiyac var idi". V.Bayramov əlavə edib ki, valyuta bazarındakı tələbin qarşılanması makroiqtisadi baxımdan vacibdir: "Üçüncüsü, strateji müttəfiq olan ölkələrin bir-birinə maliyyə dəstəyi olmaları praktikaları kifayət qədər çoxdur. Nəhayət, Türkiyə bizim üçün qardaş ölkədir. Yaxşı qardaş daha çox çətin günlərdə tanınır. Artıq hər iki ölkə ən vacib məqamlarda dəfələrlə bir-birinə qardaşlıqlarını nümayiş etdirib. Güclü Türkiyə regionda stabillik üçün əsas faktorlardandır. İnanırıq ki, Türkiyə iqtisadi baxımdan gücünü qoruyub daha da artıra biləcək".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var