Argentinada 70 min məmur işdən çıxarılacaq
Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət qulluqçusunu işdən çıxarmağı planlaşdırır.
KONKRET.az xarici KİV-ə istinadla xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley bunu Latın Amerikası İqtisadçıları Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
"Biz 50 min dövlət qulluqçusunu işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Hazırda müqavilələrin sayı azaldılır və yaxın vaxtlarda 70 min müqavilə ləğv ediləcək", – deyə Xavyer Miley bildirilib.
Portalın məlumatına görə, hökumət müddəti martın 31-də başa çatan on minlərlə müqaviləyə xitam vermək niyyətindədir.
Qeyd edək ki, Xavyer Miley 2023-cü il dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı qismində ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatın şok terapiyasına ehtiyacı olduğunu bildirib. Prezident dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın ləğvini və dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir. Bu istiqamətdə görülən ilk tədbirlərdən biri olaraq ölkədə nazirliklərin sayı yarıbayarı ixtisar edilərək 18-dən 9-a endirilib.Modern.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək