Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏT

Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏTKarantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosial şəbəkələrdə arıqlamaq barədə yayılan ənənəvi üsulların hamısı təsirli deyil.
Milli.Az arıqlamaqla bağlı əsas rəvayətləri pozmağa çalışıb. Rusiyalı sağlam qidalanma mütəxəssisi Lyudmila Denisenko çəki atmağa kömək edən qidaları və vərdişləri, eyni zamanda onların təsirini açıqlayıb.
1. Kərəviz, qreypfrut və kələm yağları yandırır
Əslində yağları yandıran qidalar yoxdur. Bəziləri metabolik sürəti artıra bilər, ancaq qısa müddətlik. Bunların heç biri arıqlamaq vasitəsi deyil.
2. Yaşıl çay arıqladır
Bu, doğru deyil. Yaşıl çay arteriyalar üçün təhlükəli olan xolesterini neytrallaşdıran polifenol maddələrdən ibarətdir.
3. Sıyıq kökəldir
Taxıl həqiqətən karbohidrat mənbəyidir. Ancaq tərkibində çox miqdarda lif olan dənli bitki yeyənlərin hamısı asanlıqla kökəlmir. Əgər karbohidrat və yağları birləşdirsəniz, bədən kütləsi indeksi artar, ancaq karbohidratları yağla birləşdirmirsinizsə, əksinə azalar. Odur ki, sizin üçün əlverişli olanı seçin - çox yağlı keto pəhriz və ya çox miqdarda lif ehtiva edən dənli bitkilər.
4. İştahı öldürmək üçün alma yeyin
Doğru deyil. Alma və digər meyvələr iştahı yatırmır, əksinə onu alovlandırır.
5. Suxariklər təzə çörəklə müqayisədə az kalorilidir
Doğru deyil. Suxariklər daha yüksək kalorilidir, çünki tərkibində çörəkdən daha çox yağ var.
6. Zülal pəhrizi təsirlidir
Xeyr! Tədqiqatlar göstərir ki, kök insanlar zülal tərkibi aşağı olan pəhriz sayəsində daha yaxşı arıqlayırlar, lakin təsiri uzun sürmür. Tezliklə yenidən kökəlməyə başlayırlar.
7. Arıqlamaq üçün ən yaxşı yol aclıqdır
Aclıq yorğunluq və başgicəllənməyə səbəb ola bilər, odur ki, bu yol təhlükəlidir. Bütün günü dözümlü olsanız, axşam yeməyindən üç qat çox yemək riski artır.
8. Ağ çörək kəpək çörəyindən daha kalorilidir
Bu doğru deyil. 100 qr çörək 100 qr kəpək çörəyi ilə eyni kalorini verir. Lakin kəpək çörəyində həzmə kömək edən bir çox lif və maqnezium var.
9. Mükəmməl bədən quruluşunun sirri salatlardadır
Bu yalnız qismən doğrudur: kahı yarpaqlarında demək olar ki, kalori yoxdur. Amma! Bilirik ki, kahı yarpaqları təkbaşına ümumiyyətlə istifadə edilmir. Ən çox salatlarda və qarnir kimi istifadə olunur. Salat souslarında isə kifayət qədər yağ var, bir qaşığı təxminən 80 kaloridir. Nəticədə kahı salatı arıqlamağa kömək etməyəcək.
10. Yeməkdən sonra saqqız çeynəmək faydalıdır
Saqqız həqiqətən nəfəsi təravətləndirir, ancaq onu ağız gigiyenası vasitəsi adlandırmaq olmaz. Saqqızın diş sağlamlığına müsbət təsirləri barədə elmi sübutlar məhsulların yalnız kiçik çeşidinə aiddir. Şəkər ehtiva edən saqqız diş minasına dağıdıcı təsir göstərən konfetlərdən fərqlənmir.
Saqqız periodontal toxumalara zərər verə bilər. Əslində üç dəqiqə ərzində gündə üç dəfədən çox saqqız çeynəmək tövsiyə olunmur. Əgər onu ağzınızda daha uzun müddət saxlasanız, mədə şirəsinin həddindən artıq sekresiyası meydana gələcək. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 13 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler