"Arsax" "hakimiyyəti" İrəvandan "dövlət" kimi tanınmasını tələb edir – PAŞİNYAN isə…
"Arsax" "hakimiyyəti" İrəvandan "dövlət" kimi tanınması ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir irəliləyiş yoxdur.
KONKRET.az xəbər verir ki, bu fikirləri Qarabağdakı qondarma rejimin "dövlət naziri" Artak Beqlaryan RİA Novosti-yə müsahibəsində bildirib.
"Ermənistanla Qarabağın müstəqilliyinin tanınması məsələsi ilə bağlı danışıqlar aparılır, lakin hazırda heç bir irəliləyiş yoxdur", – Beqlaryan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Qarabağı tanıyıb, çünki respublikalar arasında "bərabər hüquqlu" əlaqələr mövcuddur:
"Yaxın gələcəkdə Qarabağ probleminin hərtərəfli həlli qeyri-mümkün görünür, çünki "Arsax" və Azərbaycanın mövqelərindəki ciddi ziddiyyətlər diametraldır.
Əsas fərq ondan ibarətdir ki, Azərbaycan üçün bu, ərazi bütövlüyüdür, Qarabağda müvəqqəti yaşayan ermənilər üçün isə "mövcudluq məsələsidir".
Xatırladaq ki, dünən Paşinyan qondarma rejimin "rəhbəri" Araik Arutyunyanı yanına İrəvana çağırmışdı. Görüşün detalları barədə mətbuata bilgi verilməmişdi. Görünür, Araik Azərbaycanla Ermənistanın delimitasiya və sülh müqaviləsindən öncə son cəhd kimi İrəvandan "müstəqillik" əldə etməyə çalışır. Paşinyan isə dəfələrlə Qarabağın Azərbaycanın tərkibində olacağını birbaşa olmasa da dolayısı yolla bəyan edib.
Roman Göytürk,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun