Artıq çəkili insanların tərəzidən İSTİFADƏ QAYDALARI
Artıq çəkidən əziyyət çəkən insanların əsas vərdişlərindən biri hər gün tərəziyə çıxmaqdır. Çəkilərinə nəzarət edən insanların bu vərdişi əksər vaxtlarda uğursuz olur. Tərəziyə çıxıb çəkiyə nəzarət etmək sadə prosedur deyil. Ən dəqiq çəkini öyrənmək üçün bir sıra qaydalara əməl etmək vacibdir. İstədiyiniz zaman tərəziyə çıxmaqla dəqiq çəki öyrənmək olmur. Tərəzidən düzgün istifadə etməyəndə bəzən artıq, bəzən isə əskik çəkmələr baş verir ki, bu da insanda çaşqınlıq yaradır.
KONKRET.az xəbər verir ki, rusiyalı dietoloq Yelena Belkina çəkini dəqiq müəyyən etmək üçün nələrə diqqət yetirməyin vacibliyini açıqlayıb:
"Tərəzi düz və möhkəm bir yerə qoyulmalıdır. Yəni tərəzinin xalça üzərinə qoyulması düzgün deyil. Tərəziyə çıxarkən çəkinizi düzgün paylamalısınız. Bunun üçün tərəzinin ortasında dayanın və proses zamanı qamətinizi düz saxlayın. Tərəziyə ayaqyalın çıxılmalıdır. Ən dəqiq nəticə üçün səhər saatlarında, mədənin boş vaxtında tərəziyə çıxmaq daha məqsədəuyğundur. Bundan əlavə, belə bir prosedurdan əvvəl tualetə getməli və sidik kisəsini boşaltmalısınız. Onda siz ən dəqiq nəticə əldə edə biləcəksiniz, çünki bir gecədə orqanizminiz bir gün əvvəl yeyib-içdiklərinizi emal edib və qalıqlardan xilas olub".
Vəli Həsənov,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var