Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
ABŞ tədqiqatçıları havanı, əllərimizi, yeməklərimizi mikroblardan qoruyacaq nano ölçülü dezinfeksiyaedici süni su ixtira ediblər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Boston şəhərində yerləşən Harvard Universitetinin səhiyyə məktəbində (Harvard T. H.) fəaliyyət göstərən araşdırmaçılar tərəfindən nanotexnologiya cihazları istifadə edilən bir platformada kiçik və aerozollaşdırılmış nano su damcıları istehsal olunub.
Nano damlacıqlarda istənilən yeri təmizləyə biləcək toksik olmayan dezinfeksiyaedici maddələr var.
Aerozol sahəsində fəaliyyət göstərən dosent Filip Demokritə görə, dezinfeksiyaedici vasitənin fəaliyyət mexanizmi sadədir. 12 voltluq elektro sprey və iyonizasyon suyu nano aerozola çevirir və bu parçalar havada asılı qalır. Nano su damlacıqları kiçik ölçülü reaktiv oksigen törəmələrinə sahibdir. Bunlar hüceyrələrimizin patogenlərlə döyüşdə istifadə etdiyi hidroksil radikallar və orqanik peroksidlərdən meydana gəlir.
Nano damlalar dizaynları etibarilə özündə elektrik yükü ehtiva edir. Beləcə, səth enerjisi artır və buxarlaşma azalır. Bu da nano damlaların saatlarla havada asılı qalma potensialını yüksəldir. Elektrik yükü yox olduqda isə nano su damcıları buxara çevrilib, ortadan itirlər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ