Arvadını yuxudan oyadıb öldürdü - FOTO

Arvadını yuxudan oyadıb öldürdü - FOTOÖlkə.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.
Namiq Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
O, ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub və həmin nikahdan iki uşaqları dünyaya gəlib. Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun xəyanət etdiyini düşünüb.
Namiq Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb:
"Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiyada olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar bir az böyüsün".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib:
"Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orada dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, "bala, yola ver". Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O dayanmadı, söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum".
Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib və xüsusi ilə ağır cinayətdir.
Sonda məhkəmnin hökmü ilə  Namiq Əkbərzadə 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Arvadını yuxudan oyadıb öldürdü - FOTOArvadını yuxudan oyadıb öldürdü - FOTOArvadını yuxudan oyadıb öldürdü - FOTO/ konkret.az

Hadisə       Tarix: 31 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün