Arvadını zəncirləyərək SÜRÜDÜ
Yardımlı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Əliqismət Qasımova hökm oxunub.
KONKRET.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma və xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Əliqismət Bakıda tanış olduğu Ucar rayon sakini, iki uşaq anası olan Ləman Qasımlı (şərti) ilə birgə işləməyə və yaşamağa başlayıb. Daha sonra onlar Yardımlının kəndlərindən birinə köçüblər. 26 may 2023-cü il tarixdə Əliqismət sərxoş halda arvadına ağır xəsarətlər yetirib. Belə ki, Ləmanın Ucara getmək istəməsini öyrənən şəxs onu amansızlıqla döyüb, daha sonra boğazına it üçün nəzərdə tutulmuş zənciri bağlayaraq sürüyüb. Qadın çoxsaylı xəsarətlərlə əvvəlcə Yardımlıdakı xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıya köçürülüb.
Bundan başqa, Əliqismətin həmin hadisədən 2 ay əvvəl Bakıda işlədiyi yerdə bacısına hücum edərək ona da xəsarətlər yetirməsi məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 neçə gün əvvəl çıxardığı hökmlə Əliqismət Qasımova 6 il 6 ay həbs cəzası verilib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi