"Arvadının qardaşımın qətlindən xəbəri var"

"Arvadının qardaşımın qətlindən xəbəri var"Əməkdar artist Nahidə Orucova "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında qətlə yetirilən qardaşından bəhs edib.
Open.az xəbər verir ki, sənətçi proqram zamanı göz yaşlarını saxlaya bilməyib:
"Ailədə üç uşaq olmuşuq: iki bacı, bir qardaş. Qardaşım saç ustası olub. Əslində qardaşımın qətli ilə bağlı məsələni ictimailəşdirmək istəmirdim. Elə alındı ki, hamının baş verənlərdən xəbəri oldu. Bu məsələdə ünvanıma nalayiq sözlər söylədilər. Elə məqamlar var ki, efirdə hər şeyi açıb danışa bilmirəm. Çünki efirə uyğun deyil. Bu mənim içimdədir. Məqsədim isə qardaşımın qatilini tapmaq idi. Ona görə efirə çıxıb qardaşımın arvadını axtarıb tapmaq istədim ki, bəlkə onun köməyi ilə mən nəsə öyrənə bilərəm. Qardaşım 23 ildir ki dünyasını dəyişib. Onu qətlə yetiriblər. Qardaşımın ölüm səbəbi, nə üçün qətlə yetirildiyi hələ də müəmmalıdır. Heç bir məlumatım yoxdur. Araşdırma aparılıb. Birini həbs etdilər".
N.Orucova bildirib ki, qardaşının həyat yoldaşı qatilin kimliyindən xəbərdardır: "Hadisə olan günü mənə zəng vurdular. Ailəmizdən həmin hadisəni görən yeganə mən idim. Dəhşətli görüntü idi. Gözümün önündən heç vaxt getmir və getməyəcək. Adını qoydular pul və qızıl hərisliyi... Dedilər ki, onun dostu edib. Sonunadək dedi ki, mən öldürməmişəm, deyəcəm kim öldürüb. Gözləyirəm ki, gəlib mənə desin. 23 ildir ki, bu suallara cavab tapa bilmirəm: Kim? Nə üçün? Nəyə görə? İki bacı evimizin sonbeşiyini qoruyub saxlaya bilmədik. Çox pis oluram. Atam-anam öləndən sonra qardaşım mənim yanımda qaldı. O, xəstə uşaq idi, dedim ki, yanında adam olsun, ona tək qalmaq olmazdı.
İllərdir bu qətli araşdırıram. Amma heç bir informasiya əldə edə bilmirəm. Qardaşımın yoldaşı da bu məsələni araşdırdığıma qarşı çıxır. Qardaşımın arvadının qətl haqqında məlumatı var, sadəcə danışmaq istəmir. Mən də istəyirəm ki, o, mənə desin. Məsələni bilsəm, ən azından sakitləşərəm. Bu yarayla neçə ildir yaşayıram. O yaranı heç olmasa irinləməyə qoymaram. Qatilin yaxınım olduğunu bilsəm, yaram daha da dərinləşər".(axşam.az)

Şou Biznes       Tarix: 27 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler futbol xeberleri son xəbərlər bugün 2026 en son xəbərlər bugün