Arzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏ

Arzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏArzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏ
Ermənistan-Azərbaycan sərhədində iyulun 12-də işğalçı ermənilərin başlatdığı təxribatlar davam edir. Bir həftəyə yaxın zamanda davam edən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin çoxsaylı texnikası, canlı qüvvəsi məhv edilib.
İşğalçı ermənilər Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Təəssüf ki, döyüşlər zamanı itki qaçılmaz olur. Ermənistan-Azərbaycan sərhədində erməni işğalçı qüvvələrinin təxribatları zamanı Azərbaycan ordusunun 12 hərbçisi və bir mülki şəxs şəhid olub.
Sərhəddə atəşkəsin pozulması nəinki ölkəmizdə yaşayan, eləcə də ölkədən kənarda olan həmvətənlərimizi narahat edib. Onlar da bu mübarizəyə qoşulmaq məqsədilə yaşadıqları ölkələrdə Azərbaycana, Azərbaycan ordusuna, əsgərinə dəstəklərini nümayiş etdirirlər. Əsgərlərimiz cəbhədə, həmvətənlərimiz isə informasiya müharibəsində mübarizələrini davam etdirirlər.
Oxu.Az Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oqtay ilə müsahibəni təqdim edir:
Arzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏ- İstərdim iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin başlatdığı və bu günə qədər davam edən təxribatlarla bağlı fikirlərinizi bölüşərdiniz.
- Bildirmək istərdim ki, Avropada ətrafında onlarla təşkilatı birləşdirən Avropa Azərbaycanlıları Konqresi olaraq, vətənimizdə gedən prosesləri yaxından izləyirik. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistanın bu özbaşnalığı bizləri dərindən narahat edir.
- Necə düşünürsüz, hərbdə olduğu kimi, informasiya müharibəsində də irəlidə olmaq üçün hansı addımlar atılmalıdır?
- Bütün bunlarla əlaqədar Avropa Azərbaycanlıları Konqresində (AAK) təmsil olunan, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarımız beynəlxalq qurumlara, Avropa Parlamentinə, Avropanın bütün ölkələrinin rəsmi orqanlarına hiddət dolu etiraz bəyanatları təqdim etmişik.
Xarici mətbuatda yayımlanan yalan dolu məlumatlara AAK tərəfindən kəskin etirazlar edilib. Reallığı əks etdirən məqalələr dərc olunub. Təşkilat məlum hadisələrlə bağlı AAK prezidenti Sahil Qasımovun təşəbbüsü və rəhbərliyi altında mətbuat konfransı keçirmək qərarına gəlib.
- Necə düşünürsüz, ermənilər bu kimi təxribatlarla nəyə nail olmaq istəyir? Bu, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar yaşanan dərin böhranla əlaqəli ola bilərmi?
- Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin yürütdüyü istər siyasi ,istərsə də iqtisadi siyasəti nəticəsində Azərbaycanın inkişafı, tərəqqisi, xalqımızın rifahı əlbəttə ki artır. Bu da öz növbəsində əhalisi yoxsulluq içərisində yaşayan, heç bir müstəqil siyasət yürüdə bilməyən, aciz, geridəqalmış Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır. Elə bu səbəbdən də Ermənistan rəhbərliyinin bu kimi təxribatlar törətməsində əsas məqsədi erməni xalqının gözündə qəhrəmana çevrilmək,  ehimad qazanmaqdır. Lakin Azərbaycan Ordusunun gücü və verdiyi cavablar göstərir ki, Ermənistanın bu istəyi də ürəyində qaldı.
- Paşinyan öz səriştəsiz idarəçiliyi ilə yaratdığı problemləri bu yolla gündəmdən çıxara biləcəkmi?
Arzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏ- Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkardır. Eyni zamanda onlar təcavüzkar siyasətləri ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququ və insan haqlarını ciddi şəkildə pozmağa davam edirlər. Bu isə Paşinyanın öz səriştəsiz idarəçiliyi ilə yaratdığı problemləri daha da dərinləşdirir. Ümumilikdə, bütün bunlar Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtmağa kifayət edir.
- Aprel döyüşləri zamanı aldığı məğlubiyyət Ermənistana dərs olmadı. Bu dəfə də Azərbaycan ordusunun adekvat cavab atəşi nəticəsində düşmən tərəf çoxsaylı itkilər verir.
- Azərbaycanın dünya liderlərinin qəbul etdiyi güclü siyasi biliyə malik olan Ali Baş Komandanı İlham Əliyev sayəsində ordu quruculuğumuz durmadan inkişaf edir. Azərbaycanın güclü ordu sıralarında savadlı kadrların sayı artır, ordumuz ən güclü ordular sırasında yüksək pillələrdə yer alır.
Bütün bunları gözardına alan Ermənistan istər Aprel döyüşləri zamanı, istərsə də iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribat zamanı məğlub olacaqlarını bilirdi. Hər iki təxribatda Azərbaycan ordusunun adekvat cavab atəşi nəticəsində düşmən tərəf çoxsaylı itkilər verdi və verməyə də davam edir.
- Azərbaycan ordusunun qəhrəman general-mayoru Polad Həşimov iyulun 14-də döyüş zamanı əsgərlərini tək qoymayıb və cəbhənin ön xəttində şəhid olub. Şəhidlərimiz Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsidir.
- Sözsüz ki, Ermənistan tərəfindən törədilən təxribat zamanı igidlik göstərərək vətən uğrunda canlarından keçən generalımız, polkovniklərimiz, zabitlərimiz və əsgərlərimiz böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldilər. Torpaq uğrunda ölən varsa, Vətəndir! Allah şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə şəfalar diləyirik.
Azərbaycan ordusunun qəhrəman general-mayoru Polad Həşimov iyulun 14-də döyüş zamanı əsgərlərini tək qoymayıb və cəbhənin ön xəttində şəhid olması Azərbaycanın nizamlı ordusunun olmasından xəbər verir. Məhz bu cür nümunəvi hərəkətlər isə gənclərimizdə vətən sevgisinin aşılanmasında vətənpərvər ruhda böyümələrinə bir təkandı.
- Bu gün minlərlə insan orduda könüllü xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Arzu Oqtay: "Azərbaycanın uğurları Ermənistan kimi cılız dövləti hər zaman qıcıqlandırır" - MÜSAHİBƏ- Bəli, bununla qürur duyuruq. Bu gün dünyaya səpələnmiş hər bir Azərbaycan övladı həmrəylik nümayiş etdirərək səfərbər olub. Həmvətənlilərimiz vətənin müdafiəsinə birlikdə qalxıb. Bu qürurverici bir haldır. Avropa Azərbaycanlıları Konqresi İdarə Heyəti adından məlum hadisələrlə bağlı Ali Baş Komandan İlham Əliyev cənablarına biz də müraciət ünvanlayaraq bildirdik ki, Cənab Ali Baş Komandan iyulun 12-də Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində baş vermiş döyüşlər, mövqeylərimizin düşmən tərəfindən atəşə tutulması Avropada yaşayan azəbaycanlıların hiddətinə səbəb olub.
Avropa Azərbaycanlılar Konqresi Azərbaycanın Ermənistanla sərhədlərində baş vermiş hadisələri dərindən izləyir, dövlət sərhədlərimizin kobud şəkildə düşmən tərəfindən pozulması hallarına biganə qalmayaraq, dərin sarsıntılar keçirirlər. Bu çətin və şərəfli günlərdə Azərbaycan əsgərinin cəbhə xəttində göstərdiyi qəhrəmanlıq səlnaməsinə uyğun olaraq Avropada yaşayan soydaşlarımız Vətən qarşısındakı borclarının ödəmək üçün hər an hazır olduqlarını bəyan edirlər. Avropa Azərbaycanlılar Konqresində təmsil olunan və müxtəlif Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız yaşadıqları ölkələrin ictimaiyyəti və siyasi elitasına, siyasi partiyaların nümayəndələrinə və parlament üzvlərinə 12 iyul döyüşləri barəsində dolğun məlumat verir, bu ölkələrin mətbuat orqanlarını son hadisələrlə bağlı düzgün materiallarla təmin edirlər.
Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyəti adından Sizə müraciət edərək, Dağliq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hər an hazır olduğumuzu diqqətinizə çatdırmaq istəyirik. Dağlıq Qarabağ uğrunda gedən döyüşlər geniş miqyaslı müharibəyə çevrilərsə, Avropa və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılar səfərbər olaraq, Sizin döyüş əmrinizi gözləyəcəkdir. Avropa Azərbaycanlılar Kongresi hər zaman dövlətimizin, xalqımızın, prezidentimizin yanındadır!
Xatırladaq ki, başda Avropa Azərbaycanlılar Konqresinin rəhbəri Sahil Qasımovun olmaqla, Kongresin İdarə Heyətinin üzvləri Arzu Oqtay, Rövşən Tağıyev, Başar Kömür, İlham İsmayılov,  Nadir Hollenbrand, Vasif Muradlı, Yasar Niftəliyev, Ofelya Babayeva, Səfər Karakoyunlu, Tənzilə Rüstəmxanlı, Səfər Sadiqi, Orxan Həsənoğlu, Natiq Bağırov, Xatirə Abdullazadə, Natiq Ağamirov da bu dəstəyə qoşulurlar.
Könül Cəfərli 

Siyasi       Tarix: 19 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 xəbər az apa.az xeberler metbuat xeberleri