Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə
Əməkdar incəsənət xadimi Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakit İbadov bədbəxt hadisə ilə üzləşib.
Open.az xəbər verir ki, bu barədə sazın mahir ifaçısı "Xəzər TV"də yayımlanan "5/5" axşam şousunda qonaq olarkən məlumat verib.
Aşıq Zülfiyyə həyat yoldaşı Sakitin ev təmiri zamanı barmağını "laqonda" aparatı (elektrik mişarı – red.) ilə kəsdiyini açıqlayıb:
"Evdə təmir işlərinə başladıq. Sakitə dedim ki, ustaya deyək, gəlib köməklik etsin. O isə sözlərimə qulaq asmadı və başına belə bədbəxt hadisə gəldi. Amma Sakit hər işi bacarır. Hazırda əli sarğıdadır, vəziyyəti isə yaxşıdır".
Qeyd edək ki, bu il evliliklərinin otuz illini qeyd edəcək Aşıq Zülfiyyə ilə Sakit İbadovun Babək adlı bir oğlan övladları var. Babək İbadov da müğənni kimi fəaliyyət göstərir. (Oxu.az)
Xidmetler [newsid: 0-123300]

Azərbaycan-Çin əlaqələri müzakirə edilib
Kreditlərlə bağlı mühüm YENİLİK – Bundan SONRA
İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
Yollarda duman var - Sürücülərin nəzərinə
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edildi
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib
Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişi
Yazar Elnaz Eyvazlıya ağır itki