Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan valyutasında İSTİQRAZ BURAXIB

Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan valyutasında İSTİQRAZ BURAXIBAsiya İnkişaf Bankı (AİB) ilk dəfə Azərbaycan valyutasında obliqasiyalar buraxıb.
KONKRET.azxəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, Asiya İnkişaf Bankı özünün ilk obliqasiyalarının buraxılışı çərçivəsində təqribən 8,4 milyon manat cəlb edib.
Buraxılış Azərbaycan manatı ilə denominasiya olunan, lakin ABŞ dollar ilə söndürülən valyuta ilə əlaqəli obliqasiya kimi strukturlaşdırılıb.
"Bu cür struktur AİB-ə baza layihəsi üzrə valyuta risklərini tam yüngülləşdirməyə imkan verir, habelə obliqasiyalara yazılmaq üçün təkcə dollarların mobilizasiyasının tələb olunduğu daha geniş investorlar puluna çıxışı təmin edir", – bank qeyd edir.
Banka əsasən, 2,5 il müddətlik obliqasiya altı faiz sabit faiz göstəricisinə malikdir və Lüksemburq fodn birjasında kotirovka olunur. Obliqsiyanın təşkilatçısı kimi Goldman Sachs International çıxış edib, yazılmanı isə Capitulum Asset Management GmbH şirkəti tam rəsmiləşdirib.
"Obliqasiyaların buraxılışndan daxilolmalar birbaşa AİB-in Avrora COVID-19 Staple Food Supply Chain layihəsini maliyyələşdirəcək. Layihə "Avrora" MMC-nin fəaliyyətini və 2 600-dan çox əməkdaşın həyat təminatını dəstəkləmək üçün şirkətin likvidliyinə əhəmiyyətli dərəcədə dəstək verəcək", – AİB vurğulayıb.
Bankın məlumatında layihənin gender inteqrasiyasını dəstəklədiyi, həmçinin buğda və süd məhsullarının istehsalı və bölüşdürülməsi sayəsində ərzaq təhlükəsizliyinə töhfə verdiyi qeyd olunur.
"Obliqasiyaların Azərbaycan manatında buraxılması Mərkəzi Asiyada bir çox borcları olan və artıq Gürcüstan larisi, Qazaxıstan tengesi və Özbəkistan sumu ilə həyata keçirilmiş derivativ sövdələşmələri olan inkişaf etməkdə olan ölkələr arasında AİB tərəfindən yerli valyutada maliyyələşdirmənin güclü təşviqinə əsaslanır",-AİB xəzinadarı Pyer Van Petegem deyib.
Böyük portfelin buraxılışını şərh edən Capitulum meneceri Teodor Kirnşer bu sövdələşmənin şirkətə öz məqsədini reallaşdırmaqda – Azərbaycanda vəsaitlərin şəffaf fövqəlmilli emitentlə davamlı istifadəsi ilə yerli gəlirliliyə çıxış əldə etməkdə – kömək etdiyini qeyd edib.
Qeyd edək ki, AİB obliqasiyalarının yerli valyutada buraxılışı dollar və ya avrodakı kreditlərlə əlaqəli valyuta risklərini idarə edə bilməyən borcalanlara kredit dəstəyi üçün təkcə maliyyələşdirməni cəlb etmir, həm də kapital bazarının inkişafına səbəb olur.
Xatırladaq ki, AİB ölkədə inkişaf məqsədilə rəsmi yardımın əsas mənbələrindən biridir. AİB tərəfindən Azərbaycanda keçirilən əməliyyatlar özəl sektorun inkişafının stimullaşdırılmasına, dövlərt sektorunun effektivliyinin artırılmasına, infrastrukturun yaxşılaşdırılmasına və insan kapitalının möhkəmlənməsinə yönəlmiş 2019-2023-cü illər üçün ölkə strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Strategiya Azərbaycan hakimiyyətinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üçün strateji yol xəritələri ilə sıx əlaqəlidir. 2021-ci ildə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının sədri olan Azərbaycan aktiv şəkildə proqramın gündəliyini dəstəkləyib və virtual 20-ci nazirlər konfransı keçirib.
Bugünkü gün AİB Azərbaycanda dövlət sektoru üçün ümumi 3,7 milyard dollar dəyərində 65 kredit, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,93 milyard dollar təşkil edir. Bunlar adi və imtiyazlı kapital resursları hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfeli 856,8 milyon dollar dəyərində 2 krediti və 1 suveren zəmanəti əhatə edir.//Trend

Sosial       Tarix: 20 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az