AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək
AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək
Ermənistanın Tovuz istiqamətində təxribatı məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki komitəsində ciddi şəkildə müzakirə olunacaq.
Bununla bağlı Report-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
"Biz Ermənistanın iyul ayında Tovuz istiqamətində təxribatı ilə bağlı iyul ayından başlayaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına geniş məlumatlar göndərmişik", - deyə S.Seyidov bildirib.
Onun sözlərinə görə, AŞPA-nın Monitorinq və Siyasi komitəsinin gündəliyində artıq bu məsələ var:
"Ermənistan tərəfindən davam etdirilən təxribatlar Azərbaycan tərəfinin ciddi reaksiyalarına səbəb olub. Bu reaksiyaların nəticəsi kimi biz qeyri-qanuni məskunlaşma ilə bağlı bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına müraciət etmişik. Hesab edirəm ki, bu məsələ də aktuallaşmalıdır". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu