Britaniya səfiri İran XİN-ə çağırılıb
Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etirazı ona çatdırılıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvənçi tərəfindən çağırılıb.
Görüşdə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Britaniya hökumətinin İrana qarşı törətdiyi çoxsaylı qanun pozuntularına görə beynəlxalq məsuliyyətini xatırladıb.
Təxt-Rəvənçi xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün hazırlanması və həyata keçirilməsi üçün Britaniyanın nəzarətində olan hərbi bazaların və imkanların istifadəyə verildiyini bildirib.
"Britaniya hökumətinin son vaxtlar Fayerford aviabazasında təxribat hazırlığı bəhanəsi ilə əsassız ittihamlar irəli sürməsi Britaniyanın İran xalqına qarşı hərbi təcavüzdə əlbirliyini heç bir şəkildə kölgədə qoya bilməz. Britaniya hökuməti təcavüz cinayətində və ABŞ və sionist rejim tərəfindən törədilən hərbi cinayətlərdə iştirakına görə cavab verməlidir", – o deyib.
Məlumata görə, Təxt-Rəvənçi Britaniya rəsmilərinin Fayerford hərbi bazasında təxribat planını İranla əlaqələndirən əsassız iddiasını rədd edib və Britaniya hökumətinin bununla bağlı rəsmi izahat verməsinin, eləcə də İrana qarşı yolverilməz mövqeyini dəyişməsinin vacibliyini vurğulayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto