AŞPA komitəsinin sədri: "Bərdə şəhərinə edilən hücumlar faciədir
AŞPA komitəsinin sədri: "Bərdə şəhərinə edilən hücumlar faciədir"
Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib.
O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb.
"Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır", - deyə Fridez əlavə edib.
Komitə sədri münaqişə tərəflərinin təkcə atəşkəsə razılaşması deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini vurğulayaraq, əks halda vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
O, bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıb, hökumətləri bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb.
AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."