Assosiasiyadan yumurtanın qiymətinin artması xəbərinə REAKSİYA

Assosiasiyadan yumurtanın qiymətinin artması xəbərinə REAKSİYASon günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından oxu.az-a bildirilib ki, nəinki son günlərdə, hətta son aylarda birlikdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib:
"Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da bir yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən bir qəpik ucuzdur.
Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı beş milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir.
Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar".
Assosiasiyadan qeyd edilib ki, ölkədə yumurtanın bahalaşması üçün hər hansı iqtisadi əsas yoxdur:
"Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik.
Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdandansatış qiymətlərində hər hansı dəyişiklik etməyib.
Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış şəbəkələrinin sizi aldatmasına imkan verməyin". / azxeber.com

İqtisadiyyat       Tarix: 26 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər ensonxeberler cəbhədən canlı krimnal xeber