Astara sakini əmisi oğlunu qətlə yetirdi

Astara sakini əmisi oğlunu qətlə yetirdiAstara rayonunda qətl hadisəsi törədilib.
Astara rayon prokurorluğundan Open.az-a verilən məlumata görə, martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hadisə       Tarix: 11 mart 2021
f Paylaş

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler