Astarada ailə davası: Xəyanətə görə gəlin qayınanasını döydü
Astara rayonunda 1991-ci il təvəllüdlü Fəridə qayınanası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Fəridə qayınanasına xəsarət yetirdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.
Bundan başqa, Fəridənin əri, 1991-ci il təvəllüdlü Seymur da eyni maddə ilə ittiham olunub.
Seymur isə arvadı Fəridəni döyməkdə təqsirli bilinib. Ər-arvad barəsində olan inzibati işlər ayrı-ayrı icraatlarda araşdırılıb və Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirli bilinən şəxs qismində ifadə verən Fəridə bildirib ki, 30 iyun 2023-cü ildə, saat 22:00-da Seymurun ona xəyanət etməsinə görə qayınanası Südabə ilə aralarında mübahisə baş verib:
"Məni əvvəl qayınanam ağacla vurdu, sonra isə ərim başımı divara vurdu, təpiklə ayaq və diz nahiyələrimə vuraraq, məni döydü. Mən də ağacla qayınanamı vurdum".
İş üzrə zərərçəkmiş Südabə deyib ki, son vaxtlar gəlini ilə aralarında mübahisələr artıb.
Qeyd edib ki, aralarında yaranan gərginlik zamanı gəlini onu döyüb. Zərərçəkmişin ifadəsinə görə, o və oğlu gəlini döyməyiblər.
Təqsirli bilinən Seymur qeyd edib ki, son vaxtlar arvadı ilə aralarında olan münasibətləri gərginləşib:
"Buna görə aramızda tez-tez mübahisə baş verirdi. Hadisə günü, saat 22:00-da anam mənə zəng etdi. Evə gələndə anam ilə arvadımın mübahisə etdiklərini gördüm. Ancaq mən arvadımı vurmadım".
Astara Rayon Məhkəməsinin qərarı ilə Seymur 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Fəridə isə 300 manat miqdarında cərimə olunub.
///Demokrat.az / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi