Astarada narkotacirlər saxlanıldı
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə isə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixatrop maddə metemafetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixatrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
"İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5.5 qram çəkidə psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.
/open.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR