"AtaBank" ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışladı
"AtaBank" ASC 26-cı il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
Fərzəlizadə Ruslan Zahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam ərazisində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman sol gözündən və əlindən yaralanmışdır.
Hərbçimiz AtaBank-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb. Görüş zamanı "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini K.Orucəliyev bildirmişdir: "Torpaqlarımız uğrunda döyüşən, vətən keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələxsus iri şirkətlər və bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq
vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız yardımı əsirgəməməliyik".
Xatırladaq ki, "AtaBank" ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib