"Atamın nəşini qəbirdən çıxaracağam" - Məhəbbət Kazımovun oğlu

"Atamın nəşini qəbirdən çıxaracağam" - Məhəbbət Kazımovun oğlu"Atam deyirdi ki, məni Laçında dəfn edin".
Open.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Əməkdar artist, mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.
Rəşid atasının arzusunu dilə gətirib: "Məhəbbət Kazımov öz vətənində vətənsiz olaraq dünyasını dəyişib. Atamın Laçınla bağlı böyük arzuları vardı. İstəyirdi doğulduğu kənddə yaşasın, nəvələrini orada böyütsün. Bütün qarabağlıların bir arzusu var, torpaqlar alınsın, hamı evinə, yurduna qayıtsın. Məhəbbət müəllimin bir vəsiyyəti vardı. Həmişə deyirdi: "Məni Laçında basdırın. Nə vaxt ölsəm, qəbrimi laçına aparın, məni doğulduğum torpaqda dəfn edin". Allah eləsin, Laçın alınsın, torpaqlarımız qayıtsın... Atamın da dediyi kimi, torpaqlarımız qayıtığı gün mən burada bütün şəraitimi qoyub Laçına qayıdacağam. Atamın vəsiyyətini yerinə yetirəcəyəm. Atamın nəşini qəbirdən çıxarıb Laçına aparacaq, doğulduğu kənddə dəfn edəcəyəm. Bu vəsiyyətdir, gərək əməl edəm".
Rəşid Kazımov Laçını görmədiyini, ancaq onun xəyalı ilə yaşadığını deyib:
"Təkçə atam deyil, böyüklər də danışanda həsrətlə dinləyərdik. Böyüklər məclislərdə Laçınla bağlı təəssüratlarını bölüşürdülər. Bu, bizi ağrıdır. Məcburi köçkünlərin hamısı Qarabağa qayıtmaq istəyir. Torpaqlar alınsa, 80% əhali yurduna qayıdar. Yetərincə təbliğat gedib, hər kəs oranı görmək istəyir. Atam kimi mənim də ürəyimdən keçən bir arzum var, Laçın alınsın, geri qayıdım. Orda mənim atamın kəndi var".
Rəşid Kazımov "Laçınım" mahnısında bir fəryad olduğunu vurğulayıb: "Mahnınn tarixçəsini bilmirəm. Amma bu mahnı Laçın işğal olunandan sonra yazılıb. "Laçınım" mahnısını digər mahnılardan fərqləndirən onun ah-nalə, fəryad üstündə yazılmasıdır. Məhəbbət Kazımov ös səsi ilə fəryad edir. Sanki bu mahnı ilə bütün Qarabağı ağlayır. Bütün Azərbaycan bu mahnını sevdi".
Rəşid Kazımov həmişə olduğu kimi bu gün də Məhəbbət Kazımovun qəbrini ziyarət etdiyini deyib.

Şou Biznes       Tarix: 19 may 2020
f Paylaş

Oxşar xəbərlər

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler futbol xeberleri son xəbərlər bugün 2026 en son xəbərlər bugün