"Atəşgah" Sığorta müştəriləri "Bəhram Bağırzadə ilə imza günü" tədbirində toplaşdı - FOTOLAR
Ötən gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2019-cu ildən fəaliyyətə başlamış Bakı Fotoqrafiya Evində Bəhram Bağırzadənin uşaqlara həsr olunmuş "Qarabağ Azərbaycandır", "Şuşa" kitablarının təqdimatı və imza mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, "Atəşgah" Sığorta Şirkətinin "Loyallıq sistemi" çərçivəsində "Məşhur şəxslərlə görüş" rubrikasının ilk tədbiri "Bəhram Bağırzadə ilə imza günü" olub. Hər kəsin sevimlisi Bəhram Bağırzadə - Azərbaycanın Əməkdar artisti, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyinin və Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor və rejissor, əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, qırxdan artıq uşaq kitabının müəllifidir.
"Atəşgah" Sığortanın əməkdaşları tədbirin rəsmi hissəsində görüşə toplaşan korporativ müştəriləri ilə daha yaxından tanış olmuş, əlaqələrin gücləndirilməsi məqsədilə kofe fasiləsi təşkil etmiş, müştərilərə və onların övladlarına fərdi diqqət göstərərək onların Şirkət haqda rəylərini dinləmiş, loyallıqları üçün minnətdarlıq etmişlər.
Tədbirin bədii hissəsində Bəhram Bağırzadə 2 saat ərzində möhtəşəm tar ifasının sədaları altında öz yaradıcılıq yolundan bəhs etmiş, maraqlı xatirələr bölüşmüş, öz sevənlərinin suallarını cavablandırmış, şəkillər çəkdirmiş və Qarabağ tarixi haqda yazılmış şəkilli ensiklopediyaları və xüsusən də "Qarabağ Azərbaycandır!" və "Şuşa" barədə olan kitabları haqqında bəhs etmişdir. Bəhram Bağırzadə tədbir iştirakçılarına və onların övladlarına müəllif imzası ilə olan kitablar hədiyyə etmişdir.
Sonda balaca övladlarımız Bəhram əmiyə Vətən sevgilərindən bəhs edib, belə maraqlı gün və kitablar üçün ona təşəkkürlərini bildirmişlər!
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.







Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu