ATƏT PA Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir

ATƏT PA Azərbaycanla əməkdaşlığa əhəmiyyət verirMilli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azxeber.com-a verilən məlumata görə, ATƏT Parlament Assambleyası sədrinin müraciəti əsasında baş tutan görüşdə Azərbaycan Milli Məclisin sədrini salamlayan Marqareta Sederfelt təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, qlobal pandemiya səbəbindən görüşlərin və canlı təmasların böyük qisminin baş tutmadığını bildirərək, ümidvar olduğunu deyib ki, pandemiya təhlükəsi aradan qalxdıqdan sonra belə görüşlər daha sıx-sıx keçiriləcək. Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatdakı fəaliyyəti barədə danışıb, ölkəmizin nümayəndə heyətinin həmişə ATƏT PA-nın tədbirlərində fəal iştirak etdiyini bildirib.
Spiker görüşdə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yeni mərhələnin başlandığını qeyd edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Spiker vurğulayıb ki, Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Milli Məclisin sədri "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə istinad etməyin də yolverilməz olduğunu bildirib.
Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. S.Qafarova xüsusi vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.
Sahibə Qafarova deyib ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O xatırladıb ki, Prezident İlham Əliyev də ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada 90-dan çox etnik qrupun, müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadığını, bütün xalqların adət-ənənəsinə hörmətlə yanaşıldığını, ölkəmizdə ksenofobiya və dözümsüzlüyün olmadığını vurğulayan Milli Məclisin sədri Azərbaycanın dövlət siyasətində milli və dini tolerantlığın prioritet istiqamətlərdən olduğunu bildirib.
Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycanın şəhər və rayonlarını, bütün infrastrukturu, mədəniyyət və tarixi abidələri, dini abidələri tamamilə dağıtdığını, talan etdiyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 22 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər cəbhədən ən son xəbər xeber.az 2026 şou biznes xəbərləri