Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıbUnibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığını elan ediblər.
Cəlb olunan maliyyələşdirmənin əsas məqsədi mikromüəssisələrin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinin genişləndirilməsi və dəstəklənməsidir. Maliyyələşdirmə çərçivəsində xüsusilə gənc sahibkarlar və qadın sahibkarlara, qadınların rəhbərlik etdiyi bizneslərə, həmçinin kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara xüsusi diqqət yetiriləcək.
Əməkdaşlığın bərpası iqtisadi artımın stimullaşdırılmasına, dayanıqlı kənd təsərrüfatının inkişafına, eləcə də biznesin əsas seqmentləri, qadınların rəhbərlik etdiyi müəssisələr və gənc sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Əməkdaşlığın yenilənməsini və imzalanmış sazişi şərh edən "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov bildirib:
"Uzunmüddətli və etibarlı tərəfdaşımız FMO ilə əməkdaşlığımızı bərpa etməkdən məmnunuq. 50 milyon ABŞ dolları məbləğində dördillik sazişin imzalanması bankımızın inkişafında mühüm mərhələdir. Cəlb olunan vəsait ölkə iqtisadiyyatında mühüm rol oynayan mikro-biznes və kənd təsərrüfatı sektorlarına dəstəyimizin miqyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Əminik ki, tərəfdaşlığımız sahibkarlar üçün yeni imkanlar yaradacaq və ölkədə özəl biznesin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək."
FMO-nun İnvestisiyalar üzrə həmsədri Juan-Jose Dada bildirib:
"Unibank ilə tərəfdaşlığımızın yenilənməsi Azərbaycanda sahibkarların və bizneslərin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə kömək edəcək. Buraya xüsusilə mikromüəssisələr, KOB-lar, qadınların rəhbərlik etdiyi bizneslər, gənc sahibkarlar və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər daxildir. 50 milyon ABŞ dolları məbləğində bu maliyyələşdirmə vasitəsilə daha inklüziv və dayanıqlı özəl sektorun inkişafını dəstəkləməyi və Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyirik."
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı:
FMO haqqında
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Aparıcı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və inkişaf edən bazarlarda iddialı layihələrə və sahibkarlara sərmayə yatıraraq özəl sektorun dayanıqlı inkişafını dəstəkləyir. FMO güclü özəl sektorun iqtisadi və sosial inkişafa töhfə verdiyinə inanır və 55 ildən artıqdır ki, sahibkarları dəstəkləməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə verir.
FMO inkişaf baxımından yüksək təsir potensialına malik üç əsas sektora fokuslanır: aqrobiznes, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. 85-dən çox ölkəni əhatə edən və ümumi həcmi təxminən 16 milyard avro olan öhdəliklər portfeli ilə FMO qlobal miqyasda özəl sektorun inkişafını maliyyələşdirən ən iri ikitərəfli inkişaf banklarından biridir.
Ətraflı məlumat: www.fmo.nl / azxeber.com

İqtisadiyyat       Tarix: 29 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunyada son xeberler bu gunun xeberleri valyuta mezennesi