Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaqBakcell və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb.
Təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyalarını bir araya gətirən yeni nəsil audio-vizual bələdçi istifadəyə veriləcək.
Audio-vizual bələdçi vasitəsilə ziyarətçilər abidələr haqqında müxtəlif dillərdə məlumat əldə edə, artırılmış reallıq texnologiyası (AR) vasitəsilə isə seçilmiş məkanların tarixi görünüşünü rəqəmsal şəkildə görə biləcəklər. Layihədə tətbiq olunan süni intellekt texnologiyaları isə ziyarətçilərə daha interaktiv təcrübə təqdim edəcək.
"Tarixi irsimiz keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də müasir və maraqlı formatda çatdırılmalıdır. Bakcell olaraq inanırıq ki, innovativ texnologiyalar yalnız insanların gündəlik həyatını asanlaşdırmır, eyni zamanda mədəni irsin təbliği və tanıdılmasına və ziyarətçi təcrübəsinin zənginləşdirilməsinə də mühüm töhfə verir", – deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bu rəqəmsal layihənin əhəmiyyətindən danışarkən bildirib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, tətbiq olunan yeniliklər qurumun "Smart Heritage" konsepsiyasına keçidini sürətləndirir: "Məqsədimiz tarixi irsimizi müasir texnologiyalarla uzlaşdıraraq həm sakinlər, həm də şəhərimizin qonaqları üçün unikal təcrübə yaratmaqdır. Bu cür rəqəmsal yanaşmalar İçərişəhərin qlobal turizm mərkəzi kimi dayanıqlı inkişafına töhfə verəcək".
Tərəfdaşlıq çərçivəsində Bakcell-in təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər qoruğun rəqəmsal transformasiyasına dəstək verəcək. Bununla yanaşı, interaktiv rəqəmsal xəritələrin və audio-vizual bələdçi həllərinin hazırlanması, smart turizm ekosisteminin inkişafı, eləcə də tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir. / azxeber.com

İqtisadiyyat       Tarix: 29 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunyada son xeberler bu gunun xeberleri valyuta mezennesi