"Atletiko" və "Real" qələbə qazandı, "Barselona" MƏĞLUB OLDU
Mayın 15-də futbol üzrə İspaniya La Liqasının 37-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun maraq doğuran görüşləri turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandaların oyunları olub.
"Real Madrid" klubu səfərdə "Atletik Bilbao" komandasını qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 68-ci dəqiqədə Naço olub.
Madrid şəhərin digər təmsilçisi, turnir cədvəlinin lideri "Atletik Madrid" öz meydanında "Osasuna" klubunu qəbul edib. Gərgin keçən görüş də madridlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.
Çempionluğa iddialı digər klub "Barselona" öz meydanında "Selta Viqo" komandasını gözlənilmədən məğlub olub. Oyunda hesabı 28-ci dəqiqədə Lionel Messi açıb. On dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Santi Mina fərqlənib. Fasilədən sonra (89-cu dəqiqədə) S.Mina dublun rəsimləşdirərək komandasına qələbə qazandırıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Beləliklə, bu nəticələrdən sonra aktivində 83 xalı olan "Atletik Madrid" liderliyin qoruyub saxlayıb, 81 xalı olan "Real Madrid" ikinci, 76 xalı olan "Barselona" isə üçüncü yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Alaves" - "Qranada" - 4:2;
"Betis" - "Ueska" - 1:0;
"Valensiya" - "Eybar" - 4:1;
"Vilarreal" - "Sevilya" - 4:0;
"Kadiz" - "Elçe" - 1:3;
"Real Sosyedad" - "Valyadolid" - 4:1;
"Xetafe" - "Levante" - 2:1.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq