Audiovizual Şura "ATV Plus"u cəzalandırdı
Azərbaycan Respublikası Audiovizual Şurası multipleks və platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqinə başlayıb.
Bu barədə azxeber.com-a Şuradan məlumat verilib.
Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbi və bununla bağlı Audiovizual Şuranın aparacağı monitorinqlər barədə sentyabr ayında bütün operatorlara müvafiq məktublar ünvanlanıb. Hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.
Aparılan ilkin monitoriqlər nəticəsində multipleks operatoru olan "ATV Plus" MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmışdır. Bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
DÇ-2026: Niderland- Yaponiya 2:2
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi