Avqustla bağlı hava proqnozu - Ayın 3-dən 5-i gündüzədək

Avqustla bağlı hava proqnozu - Ayın 3-dən 5-i gündüzədəkAvqust ayı ölkəmizdə adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb. Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib.
"Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqayisədə 27 dərəcə aşağı olub və Bakıda cəmi 16 dərəcə isti qeydə alınıb.
Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub".
N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq.
"Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 mm yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub".
Xidmət rəisinin sözlərinə görə, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb.
"Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz". / azxeber.com

Sosial       Tarix: 01 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az xabarlar maraqlı xəbərlər xeberler bu gun