AVRO-2024: İngiltərə və Macarıstan final mərhələsinə vəsiqə qazandılar
AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, son gündə üç qrupun oyunları keçirilib.
C qrupunda İtaliya ilə qarşılaşan İngiltərə millisi öz meydanında qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
G qrupunda qərarlaşan Macarıstan isə səfərdə Litva ilə heç-heçə edib. Bu, macarların Almaniyadakı qitə birinciliyinə vəsiqə qazanmaları üçün kifayət edib.
Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər.
AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr
C qrupu
22:45. Malta – Ukrayna – 1:3
22:45. İngiltərə – İtaliya – 3:1
Xal durumu: İngiltərə – 16 (6 oyun), Ukrayna – 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7).
G qrupu
22:45. Litva – Macarıstan – 2:2
22:45. Serbiya – Monteneqro – 3:1
Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6).
H qrupu
20:00. Finlandiya – Qazaxıstan – 1:2
22:45. Şimali İrlandiya – Sloveniya – 0:1
22:45. San Marino – Danimarka – – 1:2
Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan – 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8).

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi