Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQ

Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQAvropa və Qərb sivilizasiyası çöküşə doğru gedir.
Publika.az xəbər verir ki, bu iddia Fransanın sabiq prezidenti Nikola Sarkozi və İspaniyanın sabiq baş naziri Xose Mariya Aznar tərəfindən səsləndirilib.
Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQMadriddə universitet tələbələrinin iştirakı ilə təşkil olunan forumda çıxış edən sabiq liderlər demokratik və mühafizəkar siyasi partiyalara tamaşaçı olmaqdan imtina edərək hərəkətə keçmək çağırışı ediblər.
"Əsrlər ərzində dünyanın oxu Qərbdən keçsə də, bu gün Şərqə doğru sürüşdü. Dünyada yaşayan 7 milyard insandan sadəcə 800 milyonu Avropadadır. Demoqrafik səbəblərdən dolayı artıq Avropa dünyanın mərkəzi deyil. Avropada böhranın səbəbi qocalan siyasi baxış bucaqlarıdır. Mən yola gətirilmiş bir avropalıyam. Amma 70-ci illərin Avropasından danışmaqdan imtina etmək lazımdır. Federal mübahisələrin heç bir mənası yoxdur. Şengenin, avronun, müdafiənin və birliyin Avropası. Bərabərliyin olmadığına və arzu edilmədiyinə inanıram. Fərqliliklərə inanıram. Keçmişdə ilişib qalmaq yerinə gələcəyin Avropasını düşünmək lazımdır", - Sarkozi bildirib.
Sabiq prezident qeyd edib ki, sosial medianın təzyiqi ilə Avropada toplumun bütün təbəqələrinin səsinin axtarıldığı yeni dəb yaranıb: "Qlobal problemlərin həlli üçün liderlik lazımdır. Bir lider, bir komanda, bir baxış bucağı və hirs. Amma bu gün toplumda liderlik qanunsuz bir şeymiş kimi qəbul olunur. Dünya böyük sürətlə irəliləyir və liderlər hərəkətə keçmək üçün ən son sıradakı dərnəyin belə nə düşündüyünü gözləyirlər. Demokratiya bu deyil".
Sarkozi ABŞ prezidenti Donald Trampla bağlı suala "Dünyanın bir nömrəli hərbi və iqtisadi gücü olan bir ölkədə Tramp prezident seçilirsə, bu, Amerika ictimaiyyəti haqqında çox şey söyləyir. Güclü və yol göstərən ABŞ-ı sevirəm. Amma gücün əsla bir tvitlə təmin olunacağını düşünmürəm. Tramp Qərbin çöküş səbəbi deyil, işarəsidir", - cavabını verib.
İspaniyanın sabiq baş naziri isə Avropa İttifaqının NATO olmadan təkbaşına "Breksit, Rusiya, terrorizm və kibertəhlükəsizlik məsələləri ilə mübarizə apara bilməyəcəyini deyib: "Berlin Divarı"nın sökülməsindən 30 il sonra liberal nizama meydan oxunur. NATO olmadan Avropanın təkbaşına müdafiə gücü qurması anlamlı deyil. ABŞ-ın sabitliyi qoruma vədləri olmadan da mümkünsüzdür. Ən yaxşısı NATO-nu yenidən inşa etmək, formalaşdırmaqdır".
Zümrüd

Dünya       Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026