Avropa HƏRƏKƏTƏ KEÇDİ: yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir
Avropa İttifaqının "Frontex" sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtı Varşavada təşkil edilən toplantıda qərar qəbul edilib.
"Frontex"in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib.
O, "Frontex" razılaşmasını imzalayan ölkələrə lazımi qüvvənin təmin edilməsi üçün çağırış edib. Aİ ölkələrindən 5 gün müddətində 1500 əsgər, 10 gün ərzində isə hərbi texnika tələb edib.
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel böhranla bağlı Yunanıstan və Bolqarıstanın yanında olduqlarını açıqlayıb.
Qeyd edək ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədindəki keçid məntəqələrini açıb. Bundan sonra minlərlə miqrant dəniz vasitəsilə qeyri-qanuni şəkildə Yunanıstana keçməyə cəhd göstərir. Radikal sağçı yunanlar isə qaçqınları kütləvi şəkildə döyür, dənizdə batırmağa çalışır. Naməlum polis avtomobilləri onları sahildən toplayaraq bilinməyən yerlərə aparır.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək