Avropa İnvestisiya Bankı Ermənistana 300 milyon avrodan çox kredit verəcək
Avropa İnvestisiya Bankının qlobal bölməsi (EIB Global) Ermənistanla 300 milyon avrodan artıq məbləğdə kredit müqaviləsi imzalayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
"EIB Global" Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olan yolun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb", – məlumatda qeyd olunub.
Eyni zamanda Avropa İttifaqı Ermənistana 10 milyon avroluq qrant verəcək və bu, enerji səmərəliliyinin artırılmasına və İrəvanda klinika və uşaq bağçalarının təmirinə yönəlmiş 25 milyon avroluq EIB kreditini tamamlayacaq.
Qeyd olunur ki, bundan əlavə, EIB ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini genişləndirmək üçün üç Ermənistan bankına 58.5 milyon avro kredit verəcək.
KONKRET.az

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat