Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub"Biz Azərbaycan və Ermənistan arasında ilk növbədə etimadın qurulmasına kömək etməliyik".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tbilisidə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq bu prosesə cəlb olunub.
XİN başçısı Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmanı çox mühüm addım adlandırıb:
"Ümid edirəm ki, bu proses davam edəcək. Tərəflər arasında kifayət qədər etimad yaranacağı halda Avropa İttifaqının bütün bölgənin əlaqələndirilməsinin gücləndirilməsinə cəlb olunmasının mümkünlüyü barədə danışmaq olar".
"Dağlıq Qarabağ münaqişəsi zamanı dəymiş yaralar hələ də açıqdır, onlar hələ də sağalmayıb. Amma onları sağaltmaq lazımdır. Yaxşı əlamətdir ki, səfər zamanı bütün tərəflərin bu yaraları sağaltmağın lazım olduğunu anladığını gördük və bu proses üçün onlara tərəfdaşlar lazımdır. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır".
Mətbuat Konfransında Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqda çıxış edib:
"Bizim Azərbaycan və Ermənistanla bağlı çox intensiv danışıqlarımız baş tutdu. Bizim məqsədimiz etimadın yaradılması üçün hansı tədbirlərin görülə biləcəyini bildirmək idi. Bu səfər bizim əvvəlcədən bildiyimizi təsdiqlədi: regionda ən çox tələb olunan şey etimaddır. Bizim məqsədimiz etimadın ilk toxumlarını əkmək idi", - deyə bildirib.
O, Gürcüstanın və bu ölkənin baş nazirinin bu kontekstdə vacib rolunu alqışlayıb. A.Şallenberqin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfinə hərbçiləri verməsində və Ermənistan tərəfinin Azərbaycana Ağdamdakı minalı ərazilərin xəritəsini təhvil verməsində Gürcüstanın baş naziri vacib rol oynayıb.
"Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır. Biz bunu qətiyyətlə dəstəkləyirik və "3+1" formatında dialoqda iştirak etməyə hazırıq", - avstriyalı nazir deyib.

Siyasi       Tarix: 27 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 valyuta mezennesi son xeber ən son xəbər