Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaları təxirə saldı
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, noyabrın 13-də Rusiyaya qarşı 12-ci sanksiya paketi hazırlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Berliner Zeitung qəzeti yazı dərc edib.
Amma indi Avropa Komissiyası geri çəkilir – danışıqlar uzanıb. Qəzet bildirir ki, Kiyev Aİ və Qərb müttəfiqlərindən Rusiyanın almaz ixracına və Moskvanın Qərbdə dondurulmuş vəsaitlərinə qarşı sanksiya tətbiq edilməsini tələb edir.
"İndiyədək görülən tədbirlər kifayət deyil, çünki Rusiya həmişə Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməyin yollarını tapır", – deyə qəzet yazır.
Bildirilir ki, hələ sentyabr ayında yeni sanksiyalar paketi Rusiya almazlarının ixracına təsir etməli və Moskva ilə ticarət əlaqələrinə əlavə məhdudiyyətlər qoymalı idi. Amma konkret mətnlə bağlı hələlik razılıq əldə olunmayıb.
Qeyd edək ki, sanksiyalar paketinin gecikməsinin rəsmi səbəbləri açıqlanmır.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ