Avropa Komissiyasının rəhbəri Azərbaycana səfər edəcək
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək.
azxeber.com xəbər verir ki, bu barədə "Report"a Avropa Komissiyasından bildirilib.
Avropa Komissiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.
"Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq" - məlumatda deyilir.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?