Avropa Liqası: "Neftçi" HİK-lə matçda hesabı bərabərləşdirdi - FOTO (YENİLƏNİR)

Avropa Liqası: "Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.
Publika.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov 80-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vurub - 2:2.
xxx
22:22
"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqların heyətində bu dəfə Jair fərqlənib. O, 65-ci dəqiqədə hesabı komandasının xeyrinə dəyişib - 2:1.
xxx
22:18
"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar 61-ci dəqiqədə Roopi Riskinin qolu ilə hesabı bərabərləşdiriblər - 1:1.
xxx
22:12
"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Sabir Buqrin 59-cu dəqiqədə baxımlı zərbə ilə komandasını önə keçirib.
xxx
21:48
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Bakıda Finlandiyanın HİK (Helsinki) klubuna qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.
Publika.az xəbər verir ki, 17-ci dəqiqədə zədələnən qolkiper Kamran İbrahimovla əvəzlənib.
Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb.
Avropa Liqası: xxx
21:00
"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürüb.
Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edir.
xxx
20:12
UEFA Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Finlandiyanın HİK (Helsinki) klublarının start heyətləri açıqlanıb.
Publika.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 7. Luis Enrike, 9. Riku Riski, 14. Sebastyan Dalström, 22. Kevin-Kuassivi Benisson, 29. Entoni Olusanya, 47. Matti Peltola
Baş məşqçi: Toni Koskela
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

İdman       Tarix: 03 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cebheden xeber kriminal xeber kriminal bugun