Avropa Məhkəməsi Laçın dəhlizi ilə bağlı Azərbaycana sorğu göndərdi
Avropa Məhkəməsi Laçın yolundakı vəziyyətə dair Azərbaycana sorğu göndərib.
KONKRET.az xəbər verir ki, sorğu ilə bağlı Ermənistan çıxış edib.
Məhkəmə Azərbaycanın dekabrın 19-na qədər cavab verməsini istəyib.
"Tam obyektiv məlumat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək"- deyə bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
"Qonşu ölkədə yayılan məlumata görə, Avropa Məhkəməsi Azərbaycana sabaha qədər vaxt verib ki, Ermənistanın növbəti sorğusuna cavab versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bizə göndərdiyi məktubda 1 dənə də sual vermədən, ermənilərin məlumatına cavabın ayın 19-u saat 19-dək verilməsini xahiş edir.
Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcəkdir. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir",- deyə o qeyd edib.

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO