Avropa ölkələrindən sığınacaq istəyənərin sayı kəskin azaldı - SƏBƏB
Koronavirus pandemiyası səbəbindən ötən il Avropaya qanunsuz miqrant axını və sığınacaq müraciətləri azalıb. 2020-ci ildə (yanvar-noyabr ayları) Avropa İttifaqı sərhədlərini 114300 nəfər qanunsuz olaraq keçib, Avropa Komissiyasının məlumatına görə, bu, son altı ildə ən aşağı göstəricidir. 2019-cu illə müqayisədə isə azalma təxminən 10 faiz təşkil edib.
Sığınacaq müraciətlərində azalma isə daha çox olub. Ötən ilin yanvar-oktyabr aylarında sığınacaq üçün müraciət edənlər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalıblar. Ümumi sığınacaq ərizələrinin sayı 390 min olub və onlardan 349 mini ilk dəfə təqdim olunan ərizələrdən ibarətdir.
Avropa Komissiyası qeyri-qanuni miqrasiya və qaçqınlarla bağlı statistikanı BMT, Aİ-nin statistika qurumu olan "Eurostat" və "Frontex" sərhəd agentliyi tərəfindən təqdim edilən məlumatlar əsasında dərc edib. Ötən il Aİ ölkələrinə baş verən leqal miqrasiya ilə bağlı statistika isə yaxın müddətdə açıqlanmalıdır.
Aİ-nin daxili işlər üzrə komissarı İlva Yohansson üzv ölkələri hazırda yaranmış zaman fasiləsindən ümumavropa qaçqın siyasətinin nəzərdə tutulan islahatlarında tərəqqi üçün istifadə etməyə çağırıb. O, miqrantların sayının aşağı düşməsini qaçqın qəbulu sisteminin az yüklənməsi anlamına gəldiyini qeyd edib və bu fürsətdən ədalətli və səmərəli tədbirlər istiqamətində müzakirələrə sərf edilməli olduğunu söyləyib.
Ölkə əhalisinin sayına görə ən çox sığınacaq ərizəsi qəbul edən Avropa ölkələri reytinqinə ötən il Kipr və Yunanıstan başçılıq edib. Sonrakı yerlərdə isə İspaniya, İsveç, Fransa, Sloveniya və Almaniya dayanırlar.(AzərTAc) /publika.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Tahir Gözel bu bankın prezidenti oldu
Premyer Liqa: Bu komandalar qarşılaşır