Avropa Parlamenti dizel və benzinlə işləyən avtomobillərin satışını QADAĞAN EDİR
Avropa Parlamenti 2035-ci ildən dizel və benzinlə işləyən minik və yüngül kommersiya avtomobillərinin satışının qadağan edəcək.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Aleksandr Vondra açıqlamasında bildirib:
"Yeni qərarla 2035-ci ildən etibarən yalnız elektrik və hidrogenlə işləyən avtomobillər satılacaq"
Belə ki, Avropa Parlamenti Avropa Komissiyasının təklifini səsə qoyaraq, Aİ-nin sıfır emissiya siyasəti çərçivəsində 2035-ci ildən dizel və benzinlə işləyən yeni minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışını qadağan edən təklifi təsdiqləyib.
Qəbul edilən qərarla 2035-ci ildən etibarən daxili yanma mühərrikli nəqliyyat vasitələrin əvəzinə yalnız elektrik və ya hidrogenlə işləyən yeni avtomobillərin satışına icazə veriləcək.
Sözügedən qərarda ikinci əl avtomobillərin yer almadığı bildirilir. Buna baxmayaraq bu avtomobillərin qiymətində artım gözlənilir.
Qeyd edək ki, hesabatlara görə, bu gün dünyada bir milyarddan çox qalıq yanacaqla işləyən avtomobillər var və onlar dünya karbon qazı emissiyalarının 30 faizindən çoxunu istehsal edir.
İqbal Rzayev,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun