"Avropa Türkiyəyə qarşı B planına keçir, Ankara isə..." - TƏFƏRRÜAT

"Avropa Türkiyəyə qarşı B planına keçir, Ankara isə..." - TƏFƏRRÜATŞərqi Aralıq dənizində müşahidə olunan Türkiyə-Yunanıstan gərginliyi səngimək istiqamətində irəliləyir. Müharibəyə hazır olmadıqları üçün yenidən Türkiyə ilə bir masa ətrafında oturub danışmağa məcbur qaldılar. Artıq Afina və Ankara mövqe ziddiyyətlərini dialoq vasitəsilə həllinə razılaşıb və tərəflərin texniki qrupu NATO çərçivəsində beşinci görüşünü keçirib.
Teleqraf.com mövzu ətrafında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə söhbətləşib.
Həmin müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında müşahidə olunan hərbi-siyasi gərginliyin diplomatik danışıqlar mərhələsinə keçidinə səbəb nədir?
-Təbii ki, səbəblər çoxdur. Birincisi, yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması ilə bağlıdır. Burada bir tərəfdən oyun quran ölkələr yeni qurulacaq nizamda özlərinə daha layiqli yer tutmaq uğrunda mübarizə aparırlar, digər tərəfdən də yeni oyun pozanların maraqlarını nəzərə almaq məcburiyyətində qalırlar. Bu baxımdan biz bir tərəfdən köhnə ittifaq daxilində gərginliyin yaranmasının şahidi oluruq, bir müddətdən sonra proseslərin əks istiqamətdə inkişaf etdiyini müşahidə edirik. Bu mənada NATO ittifaqı daxilində müəyyən gərginliklər yaşanır, elə Avropa Birliyi daxilində də mövqe fərqlərinin olduğu bəzən ortaya çıxır. Əslində bunların hamısı yeni dünya düzəni quruculuğu, bu prosesin həlledici mərhələyə daxil olması ilə bağlıdır. Hansı oyun qurucu dövlət nə qədər geniş nüfuz və təsir əldə edəcəksə, bu onilliklər ərzində davam edəcək. Odur ki, həm köhnə, həm yeni oyun qurucular, həm də oyun pozucu ölkələr bir ittifaqda olsalar da, bəzən onlar arasında gərginliklər yüksəlir, bəzən kəskinləşir. Belə vəziyyətdə kiçik toqquşmaların ola biləcəyi də istisna deyil. Müəyyən müddətdən sonra onlar artıq razılığa gəlirlər. Başqa sözlə, tərəflər öz güclərinin sərhədlərini gördükdən sonra qarşı tərəfin də maraqlarını tam olmasa da, müəyyən mənada nəzərə almaq məcburiyyətində qalırlar.
Hazırda bizim Şərqi Aralıq dənizində müşahidə etdiyimiz proses bundan ibarətdir. Yeni dünya nizamı qurulur, Türkiyə bu prosesdə əvvəl oyun pozan qüvvə kimi ortaya çıxdı, son dövrlər isə oyun qurmağa çalışan dövlət kimi öz maraq və təsir zonasını genişləndirməyə başlayıb. Sözsüz ki, bu köhnə oyun quran ölkələri ciddi şəkildə narahat edirdi, amma onlar basqı və təzyiqlər göstərsə də, bunun nəticə vermədiyini gördülər, habelə böyük müharibəyə hazır olmadıqları üçün yenidən Türkiyə ilə bir masa ətrafında oturub danışmağa məcbur qaldılar. Beləcə basqı və təzyiq yolu ilə əldə edə bilmədiklərini bundan sonra siyasi-diplomatik yolla əldə etməyə çalışacaqlar. Amma nəzərə almaq lazımdır ki, Türkiyə artıq əvvəlki dövlət deyil ki, müharibədə qazandığını danışıqlar masası ətrafında itirsin ya da güzəştə getsin.
"Avropa Türkiyəyə qarşı B planına keçir, Ankara isə..." - TƏFƏRRÜAT- 24-25 sentyabrda Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı planlaşdırılan görüşün təxirə salınmasını Ankaranın qarşısından geri çəkilmək kimi qiymətləndirmək olarmı?
- Mən bunu geriçəkilmə deyil, razılaşma əlaməti kimi qəbul edərdim. Çünki Türkiyə beynəlxalq konfransın keçirilməsinə razılıq verib. Digər tərəfdən, əgər deyilənlər doğrudursa, zirvə toplantısının təxirə salınmasında COVİD-19-un təsiri olub. Daha dəqiq desək, Avropa Birliyi Komissiyasının sədrinin yaxın köməkçilərindən birinin testi pozitiv çıxıb. Bu doğrudursa, deməli təxirə salmanın obyektiv səbəbi var. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, artıq yeni şərait yaranıb. Çünki Türkiyənin beynəlxalq konfransa razılıq verməsi, habelə Avropa Birliyinin çoxlu üzvü olduğu üçün bu konfransa vahid mövqe ilə getmək üçün məsləhətləşmə dövrü lazımdır. Ona görə də, burada bir həftəlik gecikmə əsasən Avropa Birliyinə üzv dövlətlər arasında məsləhətləşmələr üçün bir fürsətdir. Mən bunu güzəşt kimi deyil, yeni yaranan şəraitə hazırlıq kimi qiymətləndirərdim.
- Bəzi analitiklər Ankaranın "Oruc Rəis" seysmik gəmisini Meis adası yaxınlığından Antalya limanına çəkməsini Türkiyənin güzəştə getməsi kimi təqdim edirlər. Doğurdanmı ilk olaraq güzəşt addımı Ankara tərəfindən atıldı?
- Əslində Türkiyə Prezidenti Ərdoğanın açıq qeyd ediyi kimi Ankara bu addımla diplomatiyaya şans tanıyır. Qeyd edim ki, Yunanıstan da müəyyən addımlar atdı, Meis adasından hərbi gəmilərini geri çəkdi və s. Bu üçüncü tərəflərin təklifi ilə olan addımlardır. Təbii ki, Türkiyədə məsələnin hərbi və ya müharibə yolu ilə həllinin tərəfdarı deyil. Problemin dinc yolla həlli şansı varsa, bundan yararlanmağa çalışılır. Mənə elə gəlir ki, Türkiyənin bu addımı doğrudur, Ankara gərginlik yaradan deyil, məsələnin diplomatik yolla həllinə çalışan tərəf kimi hərəkət edir. Odur ki, bu addımın siyasi-diplomatik dillə geri çəkilmək kimi qiymətləndirmək doğru olmazdı.
- Şərqi Aralıq dənizində gərgin hərbi-siyasi vəziyyətin mümkün müharibə ssenarisindən geri döndüyünü demək olarmı?
- Maraqlar toqquşdu. Avropanın əsas güclərinin Yunanıstanı irəli verərək birləşməsinə, Türkiyəyə qarşı geniş cəbhə qurmasına baxmayaraq qardaş ölkənin geri çəkilmədiyini gördülər. Türkiyənin hətta hərbi vasitələrlə öz maraqlarını qorumağa hazır olduğunu da müşahidə etdilər. Və həm də müharibəyə hazır olmadıqlarına görə geri çəkildilər. Əslində biz burada Fransa başda olmaqla, Avropanın geri çəkildiyinin şahidi oluruq. Çünki ABŞ-ın arxa planda müəyyən gedişləri, eləcə də Böyük Britaniya və Almaniyanın addımları var. Halbuki bu gedişlər hər zaman Fransanın maraqları ilə üst-üstə düşmür. Bu baxımdan bəzən Almaniya ikibaşlı hərəkət edir. O ayrı məsələdir ki, Fransanın təkbaşına hərəkət etməsində, maraqlarını gücləndirməsində nə Avropanın ikinci iqtisadi gücü olan Almaniya, nə İngiltərə, nə də ABŞ maraqlı deyil. Sözsüz ki, Türkiyədə bu güc balansındakı daxili dinamikadan öz maraqları üçün istifadə edir.
Düşünürəm ki, buna qədər Şərqi Aralıq dənizində baş verənlər ilkin toqquşma idi. Buna kəşfiyyat yoxlama hücumu kimi baxmaq da olar. Fransa belə bir kəşfiyyat apardı, Türkiyənin hər şeyə hazır olduğunu gördü. İndi Fransa başda olmaqla, Avropa Türkiyəyə qarşı B planına keçir. İstədiklərinə masa ətrafında nail olmağa çalışacaqlar. Türk diplomatiyasının son zamanlar çevik və aktiv fəaliyyət göstərdiyinin şahidi oluruq. Türkiyənin bu prosesə də hazır olduğunu düşünürəm və mənə elə gəlir ki, masa arxasında da öz maraqlarını qoruya biləcək.

Dünya       Tarix: 23 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber valyuta mezennesi 2026 maşın realiti şou xeber.az bu gun