Avropa və ABŞ-dan KƏSKİN DÖNÜŞ

Avropa və ABŞ-dan KƏSKİN DÖNÜŞQərb Ermənistanın maraqları naminə enerji təhlükəsizliyinə və Azərbaycanla dostluğuna xələl gətirməyəcək. Qərbin Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyi və ya Ermənistanın maraqlarından çıxış edərək Azərbaycanla münasibətləri korlayacağı ilə bağlı fikirlər geosiyasi vəziyyətlə bağlı yarımçıq təsəvvürlərin nəticəsidir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.
Nəşr bildirir ki, Qərb ənənəvi olaraq öz iqtisadi və təhlükəsizlik maraqlarına üstünlük verən siyasət aparır:
"Qərb, indiki halda ABŞ yalnız öz maraqlarını rəhbər tutur. Azərbaycanın Qərb üçün əhəmiyyəti azalmayıb, əksinə, durmadan artır".
Qəzet vurğulayır ki, xüsusən də enerji təhlükəsizliyi amili Azərbaycanın Qərb üçün önəmini daha da artırır, bu da Qərbdə və regionda Bakının mövqelərinin daha da güclənməsinə zəmin yaradır:
"Bu gün də Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələrin göstəricilərindən biri də ticarət dövriyyəsinin həcminin ildən-ilə artmasıdır. Məsələn, 2022-ci ildə ABŞ-ın Azərbaycandan idxalı 173 milyon dollar olub, bu rəqəm 2020-ci ildə 37 milyon idi.
Ukrayna müharibəsinin yaratdığı böhran və Qərbin alternativ enerji axtarışları fonunda Azərbaycanın Qərb üçün rolu daha da qabarır. Beləliklə, Rusiya qazının Avropa üçün alternativi Azərbaycan qazıdır. Qərb mənbələrinə görə, Avropa Birliyi (AB) ölkələri arasında İtaliya, Yunanıstan və Bolqarıstan 2022-ci ildə Azərbaycandan 15 milyard 598 milyon 852 min avro dəyərində təbii qaz idxal edib. Statistikaya görə, 2021-ci ildə Azərbaycandan AB ölkələrinə 3 milyard 892 milyon 233 min avro dəyərində qaz idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 4 dəfə azdır. Həmin AB-nin Ermənistanın maraqlarına lobbiçilik etmək naminə öz enerji təhlükəsizliyini təhlükəyə atmağa hazır olduğuna kimsə inanırmı?
Bəli, bir neçə həftə əvvəl ABŞ Azərbaycana hərbi və digər dəstəyi dayandırmışdı, amma başa düşmək lazımdır ki, Bakının bu dəstəyə ümumiyyətlə ehtiyacı yoxdur. Ölkənin milyardlarla dollar müdafiə xərclərini planlaşdırdığı bir vaxtda Vaşinqtondan gələn milyonlar praktiki olaraq mənasızdır. ABŞ-ın isə Azərbaycanın dəstəyinə ehtiyacı var, əks halda Dövlət Departamentinin sözçüsü Metyu Miller bir neçə gün əvvəl Vaşinqtonun Azərbaycanla əməkdaşlığa son qoyacağını heç vaxt düşünmədiyini vurğulayaraq, bunun ABŞ-ın maraqlarına zidd olacağını qeyd etməzdi. Öz növbəsində, Avropa Parlamenti səviyyəsində Azərbaycanı tənqid edən AB bundan dərhal sonra Bakı ilə strateji enerji əməkdaşlığının yol xəritəsini yeniləməyə ən yüksək səviyyədə razılıq verdi.
İndi Qərbin kimdə daha çox marağı var? Cavab sadədir: Azərbaycanda. Çünki Ermənistanın AB-yə təklif edəcəyi heç nəyi yoxdur. İrəvan ancaq pafoslu bəyanatlarla, amorf vədlərlə qidalanmağa çalışır. Qərb Ermənistanın köməyi ilə Rusiyanı regiondan sıxışdırıb çıxardıqdan sonra ölkəmiz Qərb üçün əhəmiyyətini itirəcək. Dediyimiz kimi, Qərb yalnız və yalnız öz iqtisadi maraqlarını rəhbər tutur".//Teleqraf

Siyasi       Tarix: 11 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər