Avropada İKİNCİ DALĞA: sərt tədbirlər yenidən qaytarıldı

Avropada İKİNCİ DALĞA: sərt tədbirlər yenidən qaytarıldıAvropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb.
Publika.az xəbər verir ki, hökumətlər yoluxmaya qarşı qabaqlayıcı tədbirləri sərtləşdirib.
İngiltərənin 7 əyalətində bir ailə üzvlərinin başqaları ilə sosiallaşması qadağan olunub. Qida sektorunun masada müştəri qəbul etməsi və əyləncə məkanlarının 22:00-dan sonra fəaliyyəti yasaqlanıb. COVID-19 testinin nəticəsi pozitiv çıxanların evdə özlərini izolyasiya etməsi 28 sentyabrdan etibarən məcburi olacaq. Qaydalara əməl etməyənlər ilk mərhələdə min, təkrarlanacağı təqdirdə 10 min funt sterlinq cərimə ödəyəcək.
Fransada son bir neçə həftədə 10-13 min gündəlik yoluxma sayı qeydə alınır. Bu rəqəmlər pandemiyanın zirvədə olduğu mart-aprel aylarını belə geridə qoyub. Hökumətin strategiyası test sayını artırmaq və virusa yoluxanları izolyasiya etmək istiqamətindədir. Ölkədə tədbirlərin səlahiyyəti vali və bələdiyyələrə verildiyi üçün müxtəlif bölgələrdə müxtəlif tədbirlər görülür. Bunlara ictimai məkanlarda maskadan məcburi istifadə, 6-10 nəfərdən çox insanın toplaşmasına qadağa və toplantıların ləğvi daxildir.
İspaniyada fövqəladə vəziyyət elan olunmaması üçün tədbirlər görülür. Avropa miqyasında yoluxmanın ən sürətli olduğu Madriddə sərbəst hərəkətə məhdudiyyət qoyulub. Polis sadəcə iş, məktəb, səhiyyə və yaşayışla bağlı məsələlərə icazə verir. Qaydalara riayət etməyənlər 600-6000 min avro cərimə olunur.
Almaniyada məktəblərin açılması yoluxmanı artırıb. Bavariyada 8 min 800-dən çox şagird, 771 müəllim karantinə alınıb. Şimali Reyn-Vestfaliyada isə bu rəqəm müvafiq olaraq 7 min və 580 təşkil edir. Əyalətdə 4 məktəb tamamilə, 106 məktəb qismən bağlanıb.
Yayın əvvəlində yoluxmanı nəzarətə götürə bilən İtaliyada avqust ayından sonra gənc və turistlərin sayəsində yoluxma artıb. Buna görə də diskoteka tipli əyləncə məkanları bağlanıb.
Zümrüd

Dünya       Tarix: 23 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az ensonxeberler ən son xəbərlər apa.az xeberler