Avropada qaz UCUZLAŞDI
Avropada yanvarın 22-də keçirilən hərracın gedişində qazın min kubmetrinin qiyməti 6 faiz ucuzlaşaraq, 2023-cü il iyulun 31-dən bəri ilk dəfə 300 dollardan aşağı düşüb.
KONKRET.az-ın Londonun ICE birjasının məlumatına istinadən xəbərinə görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti 299,7 dollar təşkil edir.
Avropada mavi yanacaq rekord qaz ehtiyatları və böyük sənaye ölkələrində enerji tələbatını məhdudlaşdıran zəif iqtisadi artım fonunda ucuzlaşır.
Hazırda qitədəki yeraltı qaz anbarlarının 75,01 faizi doludur. Bu, son beş ilin analoji dövrü ilə müqayisədə 11,16 faiz çoxdur. Yanvarın 22-nə olan məlumata görə, Aİ-yə üzv ölkələrin anbarlarında 82,67 milyard kubmetr qaz var. Avropa ölkələri yeraltı anbarlarını hələ avqustun ortalarında 90 faizədək doldurub və isitmə mövsümünün əvvəlində bu göstərici 99,63 faizə çatıb.Modern.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR